Gənc ana iki azyaşlı uşağının gözləri önündə özünü asdı

SOSİAL
10:56 14.08.2016
3784
Bu gün Ucar rayonunda intihar hadisəsi baş verib.
Ucar rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Gülümnar Qasımova özünü iki azyaşlı uşağının gözlərinin önündə asıb.
Qadının həyat yoldaşının uzun müddətdir Rusiya Federasiyasında işlədiyi bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR