Gənc liderlər 'Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri'ni müzakirə etdi

Gənc liderlər
GƏNCLİK
17:06 13.02.2012
1732

Qış Universitetinin 3-cü gününün növbəti paneli Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev tərəfindən: “Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri” mövzusunda aparılıb.

"İrəli"dən AZXEBER.COM verilən xəbərə görə, panel zamanı xarici siyasət anlayışının, həmçinin Cənubi Qafqaz regionu ölkələri arasındakı münasibətlərin iqtisadi, siyasi cəhətdən təhlili aparılıb, Azərbaycanın lokal və qlobal miqyasda yeri və rolundan danışılıb.

Görüş iştirakçıların sualları ilə davam edib. Sonda ekspertlərlə xatirə fotosu çəkdirilib. Qış universitetinin 3-cü gününün sonuncu qonağı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov olub. Panel “Azərbaycançılıq ideologiyası müasir şəraitdə” mövzusunda baş tutub.

Ekspert söhbətə bütün ölkələri narahat edən milli-etnik məsələlərlə bağlı ziddiyyətlər barədə danışaraq başlayıb, ölkədə Azərbaycançılıq ideologiyasının yaranması ilə bu ziddiyyətlərin aradan qalxdığını bildirib. Azərbaycançılıq ideologiyasının formalaşdığı dövrdə fikir təkamülləri haqda məlumat verərək panislamizm, pantürkizm, dövlətin yaranması mərhələlərini ətraflı təhlil edib. Qonaq cəmiyyəti bölmək üçün ən yaxşı halın etnik münasibətləri ortaya qoymaq olduğunu bildirib, bunun üçün etnik məsələləri ikinci planda saxlayaraq vətəndaşlığın qabardılmasını düzgün hal olaraq qiymətləndiribvə buna nail olan ölkəyə misal olaraq ABŞ-ı göstərib.

Fərhad Məmmədov milli ideologiyanın elastikliyindən danışaraq qeyd edib: “Azərbaycançılıq ideologiyası elastikdir. Yəni bu ideologiyanın özündə o qədər potensial var ki, nə vaxtsa burada yaşayan bütün insanları yenidən birləşdirə bilər. Bu ideologiya birliyə xidmət edir.”

İştirakçıları maraqlandıran inteqrasiyanın, inkişafın adətlərimizə təsiri ilə bağlı sualları cavablandıraraq xaricdən olan təsir bizim adət-ənənələrdə texnoloji yeniliklərə, təfəkürümüzün inkişafına səbəb ola bildiyini, lakin bunun heç də adətləri unutmaq olmadığını deyibvə gənclərə dəyişiklikdən, inkişafdan qorxmamağı tövsiyyə edib.

Görüş diskussiya şəklində davam etmişdir.

Xatırladaq ki, 100 nəfər gəncin qatıldığı “Gənc Liderlər üçün Qış Universiteti−Sığortalı Gələcək” layihəsi Qəbələ rayonundafevralın 15-dək davam edəcək.Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, azxeber.com, qaynar.info, interfax.az agentlikləri layihənin rəsmi informasiya dəstəkçisidirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi