Gənc müğənni Zərifə Əliyevanın xatirəsinə mahnı həsr etdi – VİDEO

Gənc müğənni Zərifə Əliyevanın xatirəsinə mahnı həsr etdi –  VİDEO
MAQAZİN
14:20 18.05.2016
2567

Gənc müğənni Qədir Fətəliyev görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Ana” mahnsını yeni üslubda ifa edib.

Müğənninin sözlərinə görə, sözləri Sevil Əliyevaya məxsus olan “Ana” mahnısı dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunur:

“Zərifə xanım Əliyevanın fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi.Yaradıcılığımda məhz onun xatirəsinə həsr edilən bir mahnını ifa etmək mənim üçün böyük şərəfdir. Mahnının sözləri hər bir övladın valideyninə demək istədiyi, qəlbində yatan böyük ana məhəbbətini tam təzahür edir. Hər kəsin bu mahnıda öz anasını görəcəyinə əminəm”.

Müğənni mahnının hazırlanma prossesi haqqında da danışıb. Onun sözlərinə görə, mahnı studiyada bir neçə dəfə səsləndirilsə də, sonda bu variyant üzərində qərar qılınıb.

OXŞAR XƏBƏRLƏR