Gənc müğənnidən jest: Faiq Ağayev gəlsin, sonra başlayaq - VİDEO

Gənc müğənnidən jest: Faiq Ağayev gəlsin, sonra başlayaq - VİDEO
MAQAZİN
13:06 19.08.2016
2061
Azərbaycanlı gənc və populyar müğənni Ülkər Şahbazova "Yay gecələri" mahnısına çəkdirdiyi klipini media nümayəndələrinə təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, doğum günündə jurnalistlərlə görüşən müğənni tədbirə bir qədər gec qatılan xalq artisti Faiq Ağayevin gəlişini gözləyib. Gənc ifaçı bununla da öz müəlliminə sadiqliyini nümayiş etdirib: "Sizin hamınızdan xahiş edirəm ki, Faiq müəllim gəlmədən tədbiri başlamayaq. Bu gün onun xeyir-duasını eşitmək mənim üçün çox vacibdir".
Bu sözlərdən bir neçə dəqiqə sonra xalq artisti tədbirin keçirildiyi məkana çiçəklərlə daxil olub və alqışlarla qarşılanıb. Sənətçi vurğulayıb ki, Ülkər Şahbazova "Sehirli pərdə" telelayihəsində onun tələbəsi olub. Məhz onun tövsiyəsi ilə sözügedən mahnının miks versiyası ekranlaşıb: "Yaxın vaxtlarda solo konsertimə hazırlaşıram. Konsertdə digər tələbələrimlə yanaşı Ülkərin də iştirakı olacaq" Klipin rejissoru Nicat Zeynallıdır.
Təəssüratlarını bölüşən rejissor deyib ki, ifaçı klip çəkilən vaxt 8 saat suda qalmalı olub. Bu da Ülkər Şahbazovanın işinə hörmətindən və sənətinə sevgisindən xəbər verir.
Mahnının musiqisi Aynur Adilqızına, mix Dj Ulka və Rabilə aiddir. Müğənni klipin məbləğini açıqlamayıb.
OXŞAR XƏBƏRLƏR