Aparıcı Elgiz Əkbər bir çox gənc ifaçıları sərt tənqid atəşinə tutub.
AZXEBER.COM xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə” verilişində yeni səhnəyə gəlmiş müğənnilərin sənətkarlara qarşı qeyri-etik davranışlarını tənqid edib.
O, belə gənc ifaçıları tərbiyəsiz adlandırıb:
"İndiki müğənnilərə bir kəlimə söz deyirsən utanmadan böyük tərbiyəsizlik edirlər. Bunu mən özümə qarşı demirəm. Dəfələrlə özüm şahidi olmuşam. Misal üçün filan müğənni filan verilişdə adını çəkib, yaşda böyükdür, təcrübəlidir. Adam Xalq artisti fəxri adını daşıyır. Hələ sən sevinki, bu insan sənin adını çəkir. Utanmadan onun üzünə qayıdırlar. Tərbiyəsizlər!”
Aysel