Gənc müğənninin oxuduğu mahnı ‘facebook’da qalmaqala səbəb oldu – VİDEO

MAQAZİN
13:54 19.03.2014
3228

Gənü müğənni Qadir Fətəliyevin oxuduğu mahnı “facebook” sosial şəbəkəsində geniş müzakirəyə səbəb olub.

AZXEBER.COM-un məlumatına görə, müğənninin oxuduğu “Evlilər də sevə bilər” mahnısı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Müğənni “facebook”dakı şəxsi hesabında mahnını paylaşdıqdan sonra onu tənqid edənlər də tapılıb. Belə ki, buna səbəb mahnıda evli olan şəxslərin başqa birisi ilə eşq yaşamasının doğruluğunu bildirən sözlərin olması olub.

Müğənni mahnının tənqid olunmasını normal qarşıladığını deyib. O, bu cür mahnıların Azərbaycan şou-biznesində olan tanınmış müğənnilər tərəfindən də oxunduğunu bildirib:

“Bu gün şou-biznesdə olan müğənnilərin bəziləri də buna bənzər mahnılar oxuyublar. Nəyə görə mənim oxuduğum bu mahnı daha tez gözə batır anlamıram. Amma onu deyə bilərəm ki, real həyatda da evli olan şəxslər başqa birisinə aşiq ola bilir. Bu cür hadisələrin sayı-hesabı yoxdur. Bunu görməzdən gələ bilmərik”.

Xatırladaq ki, Q.Fətəliyev “Space” televiziyasında yayımlanan “Sehirli Pərdə” yarışmasının iştirakçılarından biri olub.

Həmin mahnını təqdim edirik:

OXŞAR XƏBƏRLƏR