Gənc qadın 5-ci mərtəbədən yıxıldı - Sumqayıtda faciə

Gənc qadın 5-ci mərtəbədən yıxıldı - Sumqayıtda faciə
SOSİAL
17:07 27.04.2018
5813
Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan təqribən 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR