Gənc qız daha yaxşı görə biləcək - ASGA-dan daha bir alqışlanaq addım - FOTOLAR

Gənc qız daha yaxşı görə biləcək - ASGA-dan daha bir alqışlanaq addım - FOTOLAR
SOSİAL
15:37 05.09.2016
1551
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daxili imkanları hesabına 200 manatlıq eynəyə və göz müalicəsinə görə Heydər Əliyev Fonduna müraciət etmək istəyən qıza yardım etdi
2006-cı ildən bəri fəaliyyət göstərən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daxili imkanları hesabına həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlər, layihələr həyata keçirib. Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verdi. "Şəhidimi unutmadım, unutmaram" adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçirilir. Bundan başqa ASGA İdarə heydətinin üzvləri - Samir Əhmədov, Azər Verdiyevin, Tural Əhmədovun təşəbbüsü və koordinatorluğu ilə imkansız gənclərin zəruri tələbatlarının ödənilməsi məqsədi ilə xüsusi layihələr həyata keçirilir.
Azər Verdiyevin saytımıza verdiyi məlumata görə bu tip layihələr vətəndaş cəmiyyətinin sosial problemlərin həllində rolunun artmasına xidmət edir: "Ölkədə fəaliyyət göstərən aidiyyatı dövlət qurumları, QHT-lər, MMC-lər və digər qurumlar birmənalı şəkildə aztəminatlı insanlara qarşı diqqətli olmalıdırlar. Əgər hər xırda məsələyə görə insanlar Mehiban xanıma müraciət edəcəklərsə o zaman bu qurumlar nəyə lazımdı? Birinci xanım istənilən halda hər bir müraciətə həssaslıqla yanaşır, hər zaman sadə insanların ümid yeri olub. Ancaq yenə də deyirəm xırda məsələləri dövlətimizin aidiyyatı qurumları da həll edə bilər. Bununçün Cənab Prezidentin təşəbbüsü ilə hər il müxtəlif sosial proqrmlar qəbul edilir”
ASGA-nın sədri Səbuhi Abbasov isə təşkilatın ünvanına daxil olan son müraciətin hər kəsi kövrəltdiyini dedi: "Təsəvvür edin, 25 yaşlı gənc xanım bizə müraciət edərək gözünün müalicəsinə görə 200-300 manata ehtiyacı olduğunu bildirdi. 1991-ci il təvəllüdlü Əlizadə T.A. eynək almaq üçün bütün aidiyyatı dövlət qurumlarına müraciət etdiyini, lakin heç bir nəticənin əldə olunmadığını dedi. Əlacsız qalan gənc xanım Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək qərarına gəlir. Öncə o, müraciəti bizə göndərir. Biz ASGA olaraq bu müraciəti təşkilatın daxili imkanları hesabına müsbət cavablandırmaq qərarına gəldik. Əgər Sosial Müdafiə Nazirliyi, Sosial Müdafiə fondu və digər qurumlar bir azərbaycanlı gənc qıza 200 manatlıq eynək ala bilmirsə və bu problemi Heydər Əliyev Fonduna qədər "daşınmasına” razı olursa, o zaman onların işlərinin adı nədir? Biz bu xanıma kömək etdik, gələcəkdə də imkan daxilində başqalarına da yardım edəcəyik. Hesab edirəm hər kəs bu kimi insanlara həssaslıqla yanaşmalıdır. Eynəyi gözünə taxaraq dünyanı istədiyi kimi görən xanımın sevincini isə təsəvvür eləmək olduqca çətindir. Xırda məbləğin bir insana bu qədər sevinc bəxş edəcəyini təsəvvür belə eləməzdim”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO