Gənc qız ona edilən əxlaqsız təklifi videoya çəkdi

MARAQLI
14:58 29.01.2022
3473
Kanada sakini olan 17 yaşlı Ceysi Kruz mağazada onu təqib edən, evinə zəng edən şəxsi videoya çəkərək TikTok sosial media platformasında paylaşıb.

Videodakı şəxs gənc qıza yaxınlaşaraq "Sən indiyə qədər gördüyüm ən gözəl qızsan. İstədiyin paltarı ala bilərəm'' deyə səslənir. Gənc qız ikinci əl geyim mağazasında alış-veriş edərkən, yaşlı bir kişi onun yanına gələrək onu evinə dəvət edib. Kruz kişiyə yaşının 18-dən az olduğunu deməsinə baxmayaraq, kişi onu incitməyə və arxadan yaxınlaşaraq şəklini çəkməyə davam edib.

Onun izləyiciləri paylaşdığı üçün qıza təşəkkür edərək, belə azğınların həmişə ifşa edilməli və rüsvay edilməli olduğunu bildiriblər. Hadisə ilə bağlı hər hansı araşdırmanın olub-olmadığı məlum deyil.
 
///Milli.az

OXŞAR XƏBƏRLƏR