Məşhur aktrisa gənc qızları seksual xarakterli filmlərə çəkilməyə məcbur etdiyi üçün həbs edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hindistanlı film ulduzu Nandita Dutta həbs edilib.
Məşhur film ulduzunun gənc qızlara Bollivud vədi verərək onları seksual xarakterli filmlərə çəkilməyə məcbur etdiyi iddia edilir. Qərbi Benqal əyalətinin Kolkata şəhərində iki gənc qadının polisə müraciətilə məsələ araşdırılıb.
Adları açıqlanmayan şəxslərdən biri Ballygune bölgəsində bir studiyada, digəri isə New-Town bölgəsində bir oteldə eyni şəxslər tərəfindən filmə çəkilməyə məcbur edildiklərini iddia ediblər.
Faktla bağlı polislər araşdırmaları davam etdirir.
Aydın




