Aprel ayının 21-i gənc reper Lil''Orxan konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb.AZXEBER.COM-un məlumatına görə, sayca 5-ci olan gənc reperin bu dəfəki konserti Bakıda “Jazz Center”də baş tutdu.Marağlı hadisələrlə yadda qalan konsert proqramı ərzində Lil-Orxan canlı ifaları ilə çıxış etdi.Konsertdə ən maraqlısı isə, Lil’’Orxanın ən kiçik fanatı, əlinə mikrafon alaraq, gənc reperin mahnılarını səsləndirməsi olub.Lil-Orxanın AZXEBER.COM-a verdiyi məlumata görə, bu konsertdə pərəstişkarlarının cəmi 2 %-i toplaşıb.“Bu konsertimdə fanatların az olması, biletlərin pulsuz paylanılmaması oldu. Mən bəzi müğənnilər kimi, bileti pulsuz paylamadım. Mənə Fan Klubun orda olması, mənimlə birlikdə mahnılarımı səsləndirməsi hər şeydən daha önəmli idi” deyərək, gənc reper fikirlərini bölüşüb.Ozal İbrahimli