Gənc Tamaşaçılar teatrının direktoru: “Bu onların öz səviyyəsini göstərir” - AÇIQLAMA

Gənc Tamaşaçılar teatrının direktoru: “Bu onların öz səviyyəsini göstərir” - AÇIQLAMA
MƏDƏNİYYƏT
16:30 07.01.2012
4148

Mübariz Həmidov: “9 milyonluq xalqın gözü qarşısında bu cür məsələləri qabartmaq heç də doğru deyil”.

Ötən gün ANS-in efirində yayımlanan “Günə Baxan” verilişinin canlı efirində qalmaqal yaşanıb.

AZXEBER.COM portalının məlumatına görə, canlı efirdə təzəliklə işdən azad edilmiş xalq artisti Tariyel Qasımov və əməkdar artist Naibə Abdullayeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovadan narazı olduqlarını söyləmişdilər.

Cənnət Səlimovanın teatrda ayrı-seçkilik yaratdığını deyən Tariyel Qasımov, köhnə aktyorlara ya dublyor veridiyini, ya da ümumiyyətlə rol verilməməsiyindən şikayət etdi: “Yeni gələn komanda gənclərdir. Maşallah, onlar 2-3 il işləyəndən sonra hamısı əməkdar artist olublar. Mən bütün adları SSRİ dövründə almışam. Amma 10 işləyəndən sonra əməkdar, onun üstündən 10 il keçəndən sonra da xalq artisti olmuşam”. Yaşına görə teatrdan uzaqlaşdırılan Tariyel Qasımov, aktyorlara laqeyd münasibətdən gileyləndi: “Bizi Heydər Əliyev ərköyün böyüdüb. Bizə diqqət-qayğı göstərib, təqaüd verib. İlham Əliyev isə təqaüdümüzü 500 manatdan qaldırıb 1000 elədi. Heç bir ölkədə belə şey yoxdur. 2005-ci ildə mənə həm ev, həm də təqaüd verildi. Bu təqaüdün müqabilində bundan sonra mən daha yaxşı işləməliyəm, daha yaxşı rollar oynamalıyam. Amma məni işdən çıxardılar. Əgər yaşla əlaqədardırsa, Cənnət Səlimovanın 75 var. Bəs o niyə işləyir? Üstəlik də Azərbaycan dilini bilmir.”

Xalq artisti son dövrlərdə teatrda aparılan islahatların onların teatrına mənfi təsir göstərdiyini söyləyir: “Hörmətli nazirimiz teatrlarda islahatlar apardı. Yeni direktorlar təyin etdi. Bizim teatrı direktoru gəncdir. O, teatra gələndə bizr sevindik ki, özü də aktyor olub. Aktyorları başa düşər. Mən işdən çıxanda özü də məəttəl qaldı ki, niyə görə belə oldu? İndi isə Naibə mənə deyir ki, Mübariz müəllim deyir ki, Tariyeli müqavilə əsasında dəvət edəcəyik. Yəni sözümü ona gətirmək istəyirəm ki, mən teatrda həmişə gənclərə imkan vermişəm. Biz vaxtilə teatra gələndə yadımdadır ki, Hüseynağa Sadıqov, Osman Hacıbəyov, Süleyman Ələsgərov kimi korifey sənətkarların 45 yaşları vardı. Səhnədə 17 yaşlı cavan gəncləri oynayırdılar. Biz onların yanında kütləvi səhnələrə çıxırdıq. Yəni onlara baxıb öyrənib bu səviyyəyə gəlmişik. İndi isə bizi işdən çıxarırlar. Bu gənclər kimlərə baxıb öyrənəcəklər? Bizim teatrda elə aktyorlar var, 45-50 yaşı var, əsə-əsə yeriyir. Amma mənim şükür Allaha 70 yaşım, amma elə deyiləm. Bundan başqa, bu yaxınlarda Moskva teatrı Bakıya gəlmişdi. Aktyor Vladimir Etuş 90 yaşında səhnəyə çıxdı və tamaşaçıları valeh etdi”.

Əməkdar artist Naibə Allahverdiyeva Akademik Milli Dram Teatrında baş verənlərin onların teatrları ilə müqayisəedilməz olduğunu dilə gətirdi. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası hətta teatrdaxilində cinayət xarakterli insidentlərin baş verdiyindən söz açdı: “Necə olur ki, Rəfael müəlimə adi gecikdiyinə görə xəbərdarlıq edilir. Amma bizim teatrda Cənnət Səlimovanın yetişdirdiyi bir aktyor teatrın içində başqa bir aktyorun üstünə bıçaq çıxarır. Bəs bu necə olsun? Deməli, ayrı-seçkilik bundan başlayır. Cənnət Səlimova haray-həşirlə gəldi ki, onu çıxarma, bunu çıxarma. Özü ilə gətirdiyi aktyorlara havadar çıxır, bizi isə ayaqlayır”.

Bütün bu ittihamların ünvanı olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova səhəri gün “Günə Baxan”a gəldi. Dünənki verilişdən səslənən ittihamları, eləcədə proqramın aparıcısı İlqar Mikayıloğlunun suallarını dinləmək istəmədiyini qətiyyətlə bildirən Cənnət Səlimova sadəcə teatrdan danışmaq istədi: “Mən Rus Dram Tetrında 20 tamaşa qoymuşam. Gəlin bu barədə danışaq. Hansısa şayiələr və sairələr haqqında danışmaq istəmirəm. Mən teatrdan danışmaq istəyirəm, teatr ətrafında gedən şayiələrdən danışmayacam. Mən hamının xoşuna gələ bilmərəm. Məni sevən və sevməyən insanlar var. Kimlərsə məni ittiham edə bilər. Mən rejissoram, sizin qarşınızda tamaşalar qoyan rejissor var”.

Aparıcının “Axı sizin qoyduğunuz tamaşaların zəif olduğunu deyirlər?” sualına Cənnət Səlimovanın cavabı belə oldu: “Əgər siz mənim necə rejissor olduğumu müzakirə etmək istəyirsizsə, kassaya gedin. Əgər mən zəif tamaşalar qoyuramsa, niyə bu tamaşalar 15-20 il ərzində müvəffəqiyyətlə səhnəyə qoyulur? Hər kəsin öz fikri var. Amma əsas göstərici kassadır. O aktrisanın ( Naibə Abdullayevanı nəzərdə tutur) öz zövqü, təhsili, öz tərbiyəsi var. Mənimsə öz təhsilim, öz tərbiyəm, öz zövqüm”.

AZXEBER.COM portalı məsələnin ictimaiyyət üçün əhəmiyyətli olduğunu düşünərək, problemə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovun münasibətini öyrənib. Əməkdar artist teatrın daxili məsələlərinin ictimaiyyətə bu cür çatdırmağın heç də düzgün bir davranış olmadığını söyləyib: “Bunların hamısı teatrların daxili məsələləridir. Bir neçə şəxsin televiziyaya çıxıb teatrın daxili mətbəxi ilə bağlı əsassız ifadələr işlətməsi düzgün deyil. Bu həmin insanların öz səviyyəsini göstərir. Hesab edirəm ki, bu cür problemlər mətbuatda deyil, teatrların öz içərisində həll edilməlidir. 9 milyonluq xalqın gözü qarşısında bu cür məsələləri qabartmaq heç də doğru deyil”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
17:26 01.09.2025
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
17:16 01.09.2025
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
17:14 01.09.2025
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
17:09 01.09.2025
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
17:00 01.09.2025
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
Ərdoğan və Pezeşkian Çində görüşüb
16:38 01.09.2025
Ərdoğan və Pezeşkian Çində görüşüb
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
16:31 01.09.2025
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
16:25 01.09.2025
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
16:09 01.09.2025
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
Elyanə bu telekanalda aparıcılıq edəcək
16:05 01.09.2025
Elyanə bu telekanalda aparıcılıq edəcək
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
16:03 01.09.2025
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
16:00 01.09.2025
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur
15:59 01.09.2025
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur
Qurban Qurbanovun oğlunun toyudur
15:41 01.09.2025
Qurban Qurbanovun oğlunun toyudur
 İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
15:34 01.09.2025
İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
Prezident: Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb
15:34 01.09.2025
Prezident: Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb