"Gənc xanəndələr böyük-kiçik yeri bilmir" - VİDEO

"Gənc xanəndələr böyük-kiçik yeri bilmir" - VİDEO
MAQAZİN
12:04 04.02.2026
348
"Gənc xanəndələrin bəziləri böyük-kiçik yeri bilmirlər. Gəlir məclisə, salam vermədən mikrafonu götürüb gedir. Elə bilir belə də olmalıdır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Babək Niftəliyev deyib.
 
Əməkdar artist məclislərdə rastlaşdığı gənc xanəndələr ilə bağlı neqativ hallardan danışıb:

"Gənc xanəndələrin bəziləri böyük-kiçik yeri bilmirlər. Gəlir məclisə, salam vermədən mikrafonu götürüb gedir. Elə bilir belə də olmalıdır. Mən tələssəm belə özümdən balaca ifaçıya belə yerimi verirəm. Bu mənim tərbiyəmdir, qabiliyyətimdir. Baxırsan hansısa böyük sənətkarın tələbəsidir, gəlir hörmətsizlik edir. Amma biz ustadımızın, özümüzdən böyüyün qabağında oxuyanda üzr istəyərdik, icazə alardıq. Bu pis bir şey deyil. İnsanı aşağılamaz, qaldırar. Belə davranan insanları mən uğurlu insan bilmirəm. Çünki insan kim olursa olsun, birinci tərbiyəsi olmalıdır. Oturuşunu-duruşunu, danışığını, davranışını bilməlidir".
 
 
Aysel


OXŞAR XƏBƏRLƏR