Gəncə şəhərində Gəncəçay çayına düşən azyaşlının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb. Onun meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.