Gəncə Dövlət Dram Teatrına "Milli" Teatr statusu verilib

Gəncə Dövlət Dram Teatrına "Milli" Teatr statusu verilib
MƏDƏNİYYƏT
15:29 17.05.2024
1010
Gəncə Dövlət Dram Teatrına "Milli" Teatr statusu verilib.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda aktyor Elxan Yunis "instagram" hesabında məlumat verib.
 
O, ölkə başçısına dərin təşəkkürünü bildirb:
 

"Gəncə Dövlət Dram Teatrına "Milli" Teatr statusunun verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevaya , Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova, Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimliyə dərin təşəkkürümü bildirirəm" deyə aktyor paylaşmında qed edib.

 

Xatırladaq ki, Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılıb. Teatr 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrına, 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. 1990-cı ildən isə teatr Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərməyə başlayıb. Sonradan Gəncə Dövlət Nizami Poeziya Teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilib.

 

Aysel

OXŞAR XƏBƏRLƏR