“Gəncə məhbusu”nun ölümü ilə bağlı - Rəsmi açıqlama

SOSİAL
10:14 30.09.2019
3808
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti "Gəncə hadisələri”nə görə həbs edilən Eşqin Quliyevin ölümü ilə bağlı  açıqlama verib.

PX-nın mətbuat katibi Mehman Sadıqov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Müalicə Müəssisəsinə qəbul edilərkən onda bir sıra xəstəliklər müəyyən edilib: "Bir müddətdir ki, bu xəstəliklərdən müalicə alırdı. Sentyabrın 29-da isə uzun müddətli intensiv müalicələrə baxmayaraq vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Heptatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqozu qoyulub”.

Qeyd edək ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

OXŞAR XƏBƏRLƏR