Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo”ya sərnişinlərdən biri məlumat verib.
Məlumata görə, bu gün saat 18:00-da olan uçuş sabah saat 12:00-dək təxirə düşüb.
Sərnişinlərin bir qismi Gəncə şəhərindəki hotellərə yerləşdirilib. İlkin ehtimal olaraq "Utair” aviaşirkətinə məxsus təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir. Təyyarədə 118 sərnişinin uçması gözlənilirdi.