AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində baş verib. Şəhər sakini 1970-ci il təvəllüdlü E.Əlili döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 56 yaşlı kişi tanıdığı şəxs tərəfindən torpaq üstündə bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Hazırda fakt araşdırılır.