Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sakinlərlə görüşdü

DÜNYA
15:31 05.04.2013
1913
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev müxtəlif sahələrə aid müraciəti olan şəhər sakinlərini qəbul edib.
İcra hakimiyyətindən AZXEBER.COM-a verilən məlumata görə, dövlət strukturlarının, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirirlən qəbulda sakinlər əsasən mənzil problemi, inşaat üçün torpaq sahələrinin ayrılması, su və işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev şikayətləri diqqətlə dinlədikdən sonra aidiyyəti üzrə idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir. Vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlər isə icra başçısı tərəfindən yerindəcə həll edilmişdir. Elmar Vəliyev qeyd etmişdir ki, qaldırılan bütün məsələlər aktualdır və vətəndaşlar tərəfindən  irəli sürülən arzu və təkliflər bundan sonra da öz həllini tapacaqdır.
Qəbulda iştirak edən sakinlər çıxış edərək onlara yaradılan bu şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

OXŞAR XƏBƏRLƏR