Bu gün Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumu çərçivəsində Gəncə şəhər İcra Hakimiyyəti ilə Fransanın Burqundiya regionunun Yon vilayətinin Şurası arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb.
AZXEBER.COM xəbər verir ki, sənədə Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qol çəkiblər.