Gəncə teatrı beynəlxalq festivalda mükafata layiq görülüb - FOTOLAR

Gəncə teatrı beynəlxalq festivalda mükafata layiq görülüb - FOTOLAR
MƏDƏNİYYƏT
15:07 18.07.2025
245
Gürcüstanda keçirilən və on gün davam edən "Nodar Dumbadze – Gürcü Ədəbiyyatı” adlı beynəlxalq teatr festivalında Azərbaycan, İspaniya, Özbəkistan, Qazaxıstan, İsrail və Yunanıstan teatrları ilə yanaşı, 15 yerli gürcü teatr kollektivi iştirak edib. Festival çərçivəsində tamaşaçılara ümumilikdə 21 tamaşa təqdim olunub. Tamaşalar Nodar Dumbadzenin və digər gürcü klassiklərinin əsərləri əsasında səhnələşdirilib.

AZXDEBER.COM xəbər verir ki, festivalda Azərbaycanı təmsil edən Gəncə Dövlət Milli Dram Teatrı, Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrı ilə birgə hazırladıqları Nodar Dumbadzenin "Kukaraça” əsəri əsasında səhnələşdirilən tamaşa ilə çıxış edib.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Bu uğurlu müştərək layihə festivalın "Ən yaxşı müştərək layihə” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata, diplom və hədiyyələrə layiq görülüb.

Tamaşanın bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, layihə koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərov, quruluşçu rejissoru Gürcüstanın Əməkdar İncəsənət Xadimi Vasili Ciqoqidze, quruluşçu rəssamı isə Lomqul Murusidzedir.
 
Aysel

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR