Gəncədə 14 yaşlı qızları maşın vurdu

KRİMİNAL
19:18 02.10.2019
10259

Gəncədə piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Hərəkətdə olan "Opel” markalı avtomobil yolu keçmək istəyən 14 yaşlı Sevinc Nəbiyevanı vurub. O isə yaşıdı olan digər piyada Vüsalə Yusifovaya çırpılıb. Hər iki xəsarət alan qız xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qafqazinfo

OXŞAR XƏBƏRLƏR