Gəncədə piyadanı maşın vurub.
AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Nəsibov Tural Turab oğlunu "Mitsubishi" markalı maşın vurub. Bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.