Gəncədə yeniyetmə qız itkin düşüb.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, şəhərin Dədə Qorqud prospektində yaşayan 15 yaşlı F. Rzayeva evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə şəhəri 2-ci Polis Şöbəsində axtarış işləri aparılır.










































