Gəncədə 3 yaşlı uşağı soydular

Gəncədə 3 yaşlı uşağı soydular
SOSİAL
12:28 20.10.2016
1220

 

Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kəpəz rayonu, 4-cü mikrorayonun ərazisində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini, 2013-cü il təvəllüdlü Gülay Tahirlinin qızıl sırğasını açıq talama yolu ilə alıblar. 

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədilməsi müəyyən edilib. S.Quluzadə tutulub.

 

OXŞAR XƏBƏRLƏR