Gəncədə 30 minlik oğurluq

Gəncədə 30 minlik oğurluq
SOSİAL
11:55 24.04.2018
4485
DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. 

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A. Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub. 

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR