Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur
SOSİAL
23:49 24.04.2026
734
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Teleqraf-a xəbər verir ki, hadisə şəhərin "Komsomol" adlanan ərazisində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırlıb.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. İ.İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı ehtimal olunur.
Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR