İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib

İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
DÜNYA
10:59 14.06.2026
153
İsrail ordusunun irəliləməsi fonunda Livanın cənubunda yaşayış məntəqələri artilleriya atəşinə tutulub.

AZXEBER.COM xəbər verir ki, İsrail ordusunun bölgədə irəliləməsi fonunda ölkənin cənubundakı Məcdəl Zun və Əl-Mənsuri qəsəbələri artilleriya atəşinə məruz qalıb.

Livanın Milli Xəbər Agentliyi bildirib ki, "Məcdəl Zun və Əl-Mənsuri qəsəbələrinin ətraf əraziləri fasilələrlə artilleriya atəşinə tutulub".

IDF Livanda Hizbullaha qarşı həyata keçirilmiş son hava zərbələrinin görüntülərini yayımlayıb. Bildirilib ki, həmin zərbələrin bir qismi Məcdəl Zun ərazisində endirilib.


Hizbullah-ın yaydığı bəyanatda İsrail qüvvələrinin Məcdəl Zuna doğru irəliləyişinin qarşısını aldığını iddia edib. Təşkilatın məlumatına görə, silahlıları bölgədə İsrail hərbçilərinə pusqu qurublar.
OXŞAR XƏBƏRLƏR