Gəncədə intihar hadisəsi baş verib.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, şəhər sakini 1966-cı il təvəllüdlü İsmayılov Bəhmən İbrahim oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.