Gəncədə 54 yaşlı kişi özünü binadan ataraq intihar edib

Gəncədə 54 yaşlı kişi özünü binadan ataraq intihar edib
SOSİAL
21:57 08.04.2021
457

Gəncə şəhərində intihar hadisəsi olub.
 
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib. Gəncə sakini, 54 yaşlı Razim Qurbanov həmin küçədə yerləşən 5 mərtəbəli binaların birinin damından özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR