Gəncədə 68 yaşlı kişini cərəyan vuraraq öldürüb

Gəncədə 68 yaşlı kişini cərəyan vuraraq öldürüb
SOSİAL
12:11 31.10.2026
222

Gəncədə bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Adil İsgəndərov küçəsində qeydə alınıb.

Şəhər sakini 1958-ci il təvəllüdlü C.Əlizadə yaşadığı evin zirzəmisində iş görən zaman elektrik cərəyanı onu vurub. 68 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR