Gəncə şəhərindəki Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanası dekabrın 4-də abort zamanı baş vermiş ölüm hadisəsinə aydınlıq gətirib.
Xəstəxananın baş həkimi Nazim Əhmədov açıqlamasında Gülşən Aslanovun abort stolunda öldüyünü təsdiqləyib:
"Hadisə qadın təmizlənməsi prosesi zamanı baş verib. Qan axma olub, bundan sonra qadın dünyasını dəyişib. Bundan əlavə, sizə məlumat verə bilmərəm, bu, insan həyatıdır.”
Dekabrın 4-də Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında 1988-ci il təvəllüdlü Aslanova Gülşən abort zamanı dünyasını dəyişib.