Gəncədə arvadı tərəfindən bağışlanmayan ər damarını kəsdi

SOSİAL
10:36 02.02.2020
2993
Gəncədə orta yaşlı kişi damarını kəsərək özünə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü İbrahimov Sabir həyat yoldaşı onunla barışmadığı üçün damarını kəsib. Yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR