Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var
HADİSƏ
21:47 03.02.2026
770
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü K. Süleymanov xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.