Gəncə şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AZXEBER.COM "Report”un Qərb bürosuna istinadən xəbər verir ki, qəza Yeni Gəncə qəsəbəsindəki 28 May küçəsində baş verib.
Belə ki, "Lada Priora" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.