Gəncədə avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Gəncədə avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
HADİSƏ
23:54 01.09.2025
167
Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, "VAZ-2106" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində, 1968-ci il təvəllüdlü Ş.Nəsibov, 1986-cı il təvəllüdlü E.Sadıxov və bir qadın həmçinin iki azyaşlı xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi şəhərin Nizami Gəncəvi prospektindən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR