Gəncədə 15 yaşlı oğlan özündən bir yaş böyük tanışını bıçaqlayıb.
Gəncə şəhər baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin şərq hissəsində yerləşən uşaq bağçasının həyətində baş verib.
Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Sənan Əliyevlə 1997-ci il təvəllüdlü Miryusif Hüseynov arasında mübahisə yaranıb və S.Əliyev özündən bir yaş böyük M.Hüseynovu bıçaqlayıb. O, qarının kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır. M.Hüseynovu bıçaqlayan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(apa)