Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxs SAXLANILDI

Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxs SAXLANILDI
SOSİAL
10:35 06.02.2023
283
"Gəncə şəhərində azyaşlılara qarşı zor tətbiq edən şəxs artıq saxlanılıb”.

Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:

"Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E.Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir”.
 

OXŞAR XƏBƏRLƏR