Gəncədə bir ay əvvəl itkin düşən qızın qətlə yetirildiyi məlum oldu

Gəncədə bir ay əvvəl itkin düşən qızın qətlə yetirildiyi məlum oldu
SOSİAL
21:22 18.03.2021
812
Gəncədə zibil qutusundan qadın meyiti tapılıb.

Araşdırmalarla meyiti tapılan şəxsin bir ay əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki hadisəni törədən şəxs qızın sevgilisi olub.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR