Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
AZXEBER.COM APA-nın yerli bürosuna istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.
Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub və alovun qarşısı alınıb.
Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yağınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.












































