Bu gecədən etibarən Gəncənin şərq istiqamətdən girişindəki əsas magistral yolun bir hissəsi bağlanacaq.
AZXEBER.COM xəbər verir ki, səbəb bu yol üzərindəki körpünün təmirə bağlanmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzərxəbər”ə bildirilib ki, Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar tətbiq olunan məhdudlaşma, işlər bitənədək qüvvədə olacaq.
Nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı süjetdə: