Gəncədə düşmən atəşi nəticəsində iki uşaq bağçasına ziyan dəyib

Gəncədə düşmən atəşi nəticəsində iki uşaq bağçasına ziyan dəyib
SOSİAL
10:08 11.10.2020
976

Xəbər verdiyimiz kimi, gecə saatlarında düşmən humanitar atəşkəsə baxmayaraq, Gəncə şəhərini atəşə tutub. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, atılan raketlərin partlayışının radiusu 250-300 metr təşkil edib.

Partlayış zamanı 2 uşaq bağçasına da ziyan dəyib.

Atılan raketlərdən biri şəhərdəki yaşayış binasının üzərinə düşüb. 

Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 28 nəfər yaralanıb. 
OXŞAR XƏBƏRLƏR