Gəncədə evdə partlayış oldu - Xəsarət alan var

Gəncədə evdə partlayış oldu - Xəsarət alan var
SOSİAL
14:47 14.01.2023
138
Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan var.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman partlayış baş verib. Buna səbəb qaz sobasında sızmanın baş verməsi olub. 

Nəticədə o, bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR