Gəncədə evə basqın: “İmamzadə”nin axundunun qohumu yaralandı

Gəncədə evə basqın: “İmamzadə”nin axundunun qohumu yaralandı
SOSİAL
18:37 09.04.2022
407
Gəncədə evə basqın olub.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus mənzildə baş verib.

Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar. Xəsarət alan R.Abbasov xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, evinə basqın olunan şəxs Gəncədə "İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR