Gəncədə "Gənc Blogger və Media Forumu" baş tutub - FOTOLAR

Gəncədə "Gənc Blogger və Media Forumu" baş tutub - FOTOLAR
ÖZƏL
13:48 29.10.2018
4194

Gəncədə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı, "İslahatçı Gənclər” İctimai Birliyi və Azxeber.com İnformasiya Portalının birgə təşkilatçılığı ilə Gənc Blogger və Media Forumu həyata keçirilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək bu günün gənclərinin hər sahədə olduğu kimi, virtual aləmdə, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərdiklərini, dövlətin həyata keçirdiyi tədbirlərdə, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etdiklərini diqqətə çatdırıb. Millət vəkili Gənc Blogger və Media Forumunun keçirilməsində məqsədin Gəncə gənclərinin  Azərbaycanın milli maraqları naminə fəaliyyətinə təkan vermək, internetin açdığı imkanlardan, bloqçuluq fəaliyyəti, onun əhəmiyyəti və informasiya savaşındakı rolu haqqında biliklərini daha da təkmilləşdirməkdən ibarət olduğunu qeyd edib.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov bildirib ki, bu forumun Gəncə şəhərində keçirilməsi mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, dünyada baş verən hadisələr gənclərin informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadəsini zəruri edir.

Çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, hər ötən gün dünyada informasiya savaşı güclənir. İndi artıq ayrı-ayrı dövlətlər, qüvvələr hərbi gücdən daha çox, informasiya gücünə baş vururlar. Bu isə şübhəsiz ki, ölkələrin informasiya təhlükəsizliyinə təhdidlər yaradır.

Eyni zamanda internet medianın inkişafı onun istifadəçiləri üçün əlavə imkanlar yaradır. Belə bir durumda gənclərin medianın, sosial şəbəkələrin imkanlarından milli maraqlarımızın qorunması və şəxsi inkişafları naminə səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.

Azxeber.com İnformasiya Portalının Baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, qloballaşan dünyada informasiya texnologiyalarının, internet medianın sürətli inkişafı insanlara geniş imkanlar açır: Bu imkanlardan uğurla faydalanmaq üçün isə gənclərin maarifləndirilməsinə mühüm ehtiyac var. Çünkü gənclər informasiya savaşında aktiv rol alırlar”.

Azxeber.com İnformasiya Portalının Baş redaktoru Hacıbəy Heydərli internet istifadəçilərinin sayının hər ötən gün artdığını və bunun da informasiya savaşında internet medianın rolunun yüksəlməsinə xidmət etdiyini qeyd edib. O, bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.

Geniş diskussiya şəklində iki gün davam edən Forumda gənclər maraqlı təkliflərlə çıxış edib, bu cür layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
19:52 18.04.2026
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
Paytaxtda 100 minə yaxın bina söküləcək
19:36 18.04.2026
Paytaxtda 100 minə yaxın bina söküləcək