Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?"

Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?"
MAQAZİN
10:29 05.06.2026
137
Aparıcı Tural Əsədov yol hərəkəti qaydasını pozduğu üçün cərimələnib.

AZXEBER.COM xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
 
Aparıcı idarə etdiyi avtomobilin zolaq xəttini cüzi şəkildə keçdiyinə görə cərimə yazıldığını bildirib və bununla bağlı narazılığını ifadə edib.

Tural Əsədov paylaşımında qeyd edib ki, məsələ cərimənin məbləğində deyil, tətbiq olunan yanaşmadadır:

"Elə bilməyin ki, söhbət 40 manatdan gedir. Məsələ 4 santimetrə görə cərimə yazılmasıdır. Sizcə, maşını xətkeşlə sürmək lazımdır?”

 

 


OXŞAR XƏBƏRLƏR