Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub

Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
SOSİAL
11:56 28.02.2026
229
Güclü külək nəticəsində Gəncə şəhər 46 saylı körpələr evi- uşaq bağçasının dam örtüyü uçub.

AZXEBER.COM "Report"un Qərb bürosuna istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək səbəbindən həmçinin şəhərin müxtəlif ərazilərində fərdi yaşayış evlərinin də dam örtüyü uçub, evlərə zərər dəyib. Eyni zamanda bir neçə iri gövdəli ağac aşıb.

Küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumların əməkdaşları tərəfindən işlər davam etdirilir.

 

 

OXŞAR XƏBƏRLƏR