Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
SOSİAL
23:09 23.04.2023
203

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəhərin Dədə Qorqud küçəsində iki "VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü E. Bayramov və 1991-ci il təvəllüdlü X. Əsgərov xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report

OXŞAR XƏBƏRLƏR