Gəncədə ” İnnovasiyaların aqrobiznes sektorunda tətbiqi” araşdırılır

Gəncədə ” İnnovasiyaların aqrobiznes sektorunda tətbiqi” araşdırılır
İQTİSADİYYAT
12:50 18.05.2013
2131

“İnnovasiyaların aqrobiznes sektorunda tətbiqi” mövzusunda beynəlxalq seminar Azərbaycan Dövlət Aqrar Universitetində öz işinə başlayıb. İki günlük seminarda Azərbaycanın kənd təsərrüfatı sahəsindəki yeni texnologiyalar öyrəniləcək.

Azərbaycan Dövlət Aqrar Universitetində Avropa Birliyinin TEMPUS proqramının dəstəyi ilə həyata keçirilən “İnnovasiyaların aqrar sektorda tətbiqi” mövzusunda Beynəlxalq seminar öz işinə başlamışdır.

Seminar iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini vətorpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarını ziyarət etmiş, burada ucaldılmış abidə kompleksi önünə gül dəstələri qoymuşlar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edildikdən sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən əmək yarmarkasında iştirak etmişlər.

Sonra layihə tərəfdaşlarının iştirakı ilə beynəlxalq seminar öz işinə başlamışdır. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi tədbirlər planına daxil edilmiş seminarı giriş sözü ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi İbrahim Cəfərov açaraq layihənin əhəmiyyətindən danışmış və beynəlxalq seminarda müzakirə olunacaq məsələlər barəsində ətraflı məlumat vermişdir. Layihənin baş koordinatoru, professor Klaus Hansgen, layihənin maliyyə koordinatoru Marina İvanova, Özbəkistan Respublikasının Fərqanə Universitetinin professoru Əlişir Yunusov çıxış edərək müzakirə olunan mövzu ilə bağlı məruzələrlə çıxış etmişlər.

Beynəlxalq seminara Almaniya, Portuqaliya, Özbəkistan və İspaniyanın müxtəlif universitetlərindən professorlar qatılıb. İnnovasiyalar mərkəzinin açılışı ərəfəsində keçirilən seminarın məqsədi innovasiyaların sahibkarlığa ötürülməsidir.

Naqif Həmzəyev - İcra Başçısının müavini: “Bu layihə iki ildir ki,fəaliyyətə başlayıb. Əsas hədəf innovasiyaların mütəmadi olaraq öyrənilməsi və sahibkarlığa ötürülməsində universitetlərin rolunun artırılmasıdır”.

Layihənin müddəti başa çatdıqdan sonra da bu sahədə fəaliyyət davam edəcək. Aqrar Universitet və partnyor olan ölkələrin universitetləri də də bu ideyanı dəstəkləyirlər. Əcnəbi partnyorlar hesab edir ki, bu layihə bütün iştirakçılar üşün faydalı olacaq.

Professor Klaus Haenssegen – Lahiyənin Baş koordinatoru: “İlk olaraq hər kəsə öz təşəkkürümü bildirirəm. Burada layihə çərçivəsində müzakirə olunan məsələlər çox vacibdir. Çünki biz təhsillə bir arada, necə elmlə məşğul olmağı da müzakirə edirik. Bütün dünyada bu belədir tələbələr həm təhsil alır, həm də elmlə məşğul olur. Bu tədbirlər həm sizə,həm də bizə öz xeyirli tövhəsini verəcək”

Sabah beynəlxalq seminar öz işini Azərbaycan Dövlət Aqrar Universitetinin innovasiyalar mərkəzində davam etdirəcəkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:55 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir