İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR
İQTİSADİYYAT
17:30 10.06.2026
109
10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, universitet-biznes əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş görüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetdə tədris olunan ixtisaslar, təhsil imkanları, universitetin fəaliyyəti və biznes qurumları ilə əməkdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat verib.

İCMA-nın İdarə Heyətinin sədri və Marsol Groupun təsisçisi Tural Mustafayev təhsil sektoru ilə əməkdaşlığın biznes mühitinin inkişafındakı rolundan danışıb. O, tələbələrin təhsil müddətindən başlayaraq biznes dünyasına hazırlanmasını hədəfləyən, İCMA və Marsol Academy tərəfindən həyata keçirilən "Təhsildən Biznesə Karyera Yolu” layihəsi haqqında məlumat verib.

Görüş zamanı ali təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlıq imkanları, tələbələrin peşəkar inkişafı və əmək bazarına inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil və biznes arasında əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Görüşün sonunda BMU-nun rektoru Yaqub Piriyevə xatirə hədiyyəsi təqdim olunub.

Sonda tədbir çərçivəsində iştirakçılar universitetdə ekskursiyada iştirak edərək BMU-nun infrastrukturu, auditoriyaları, yataqxanaları, tədris imkanları və həyata keçirilən layihələrlə yaxından tanış olublar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR